AZ

Faciəvi şəkildə ölən hərbçilərimizin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Laçın rayonu ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitləri aşkar edilib.

Mynews.az-ın məlumatına görə, kükürdlü suda zəhərlənərək ölən hərbçilərimizdən Fərid Cəbrayılov Kürdəmir, Asif Emnalıyev isə Şamaxı rayon sakini olub.

Qeyd edək ki, hadisə ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

A.Emnalıyev, F.Cəbrayılov və Emin Şahmarlının fotosunu təqdim edirik:

Fotoda gizir Fərid Cəbrayılov

Fotoda kapitan Asif Emnalıyev

Fotoda çavuş Emin Şahmarlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
49
mynews.az

10Mənbələr