İngiltərədə Taylor Swift temalı rəqs emalatxanasında 17 yaşlı bıçaqlı hücumçu 3 uşağı öldürüb, 11 nəfəri yaralayıb.
7NEWS.az xəbər verir ki, İngiltərənin Mersisayd polisi Liverpul yaxınlığındakı Sautportda bıçaqlı hücum nəticəsində 3 uşağın öldüyünü, 11 nəfərin yaralandığını açıqlayıb. Polisin verdiyi ilk açıqlamada 6 və 7 yaşlı qızların həyatını itirdiyi bildirilib. Nəhayət, xəsarətlərlə xəstəxanaya yerləşdirilən 9 yaşlı qızın ölümü ilə ölənlərin sayı 3-ə yüksəlib.
7NEWS.az