AZ

Gənclər təşkilatı regionlarda tədbirlərini davam etdirir - FOTO

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 30 iyul 2024- cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə Salyan rayonunda “Narkomaniya təhlükəsi barədə maarifləndirmə” adlı tədbirini davam etdirib.

Hurriyyet.az xəbər verir ki, tədbir Salyan rayonunun Tarix Diyarşunaslıq Muzeyində keçirilib. Toplantıda fəal gənclər və rayon ziyalıları iştirak edib.

Tədbiri giriş sözü ilə Salyan RİH-in məsul əməkdaşı Məhərrəm Məmmədov açaraq qonaqları salamlayıb və bu kimi toplantıların keçirilməsinin vacibliyini qeyd edib.

Təşkliatın icraçı drektoru və layihənin rəhbəri Tələt Qəribov narkomaniyanın cəmiyyətimizə gətirdiyi bəlalar, cinayət hallarının çoxalması, xəstə uşaqların doğulması, baxımsız uşaqların çoxalması, avtoqəzaların artması və s. haqda geniş məruzə ilə çıxış edib.

Salyan polis şöbəsinin əməkdaşı, polis baş leytenantı Ramin Qasımov bu sahədə rayonda görülən tədblər haqqında məlumat verib.

Rayon xəstəxanasının həkimi Nərgiz Fərzalıyeva xətəxanada rəsmi qeydiyyatda olan narkomanlar haqqında danışıb. O, təəssüflə qeyd edib ki, bu ststistika hər il az da olsa artan xətlə davam edir.

Tədbirdə qonaq kimi iştirak edən “Sağlam Həyata Doğru” İB-nin sədri, kimiya üzrə fəlsəfə doktoru Sadiq Həsənov narkomaniyanın gələcəyimizə, genəfonumuza vurduğu ziyanlar barədə ətraflı danışıb.

Salyan rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Sevinc Səmədova, rayon Veteranlar Şurasının sədri Vilayət Əsgərov, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, ziyalı müəllimlərdən İbrahim Davudzadə və Məhəmməd Agayev bu mövzu ətrafında öz fikirlərini bildiriblər.

Tədbir çay süfrəsi ətrafında geniş müzakirələrdən sonra başa çatıb.

Hurriyyet.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
hurriyyet.az

3Mənbələr