AZ

Dövlətin iştirakı olmadan rəqəmsal səhiyyənin inkişafı mümkün deyil - Teymur Musayev (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyində Koreyanın aparıcı tibb universitetlərindənbiri olan “Kyung Hee” Universitetinin nümayəndə heyəti ilə görüşkeçirilib.

Trend xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri TeymurMusayev Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərinuğurla inkişaf etdiyini vurğulayıb.

Teymur Musayev, həmçinin, iki ölkə arasında səhiyyə sahəsindəmövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialınolduğunu da diqqətə çatdırıb:

“Koreya Respublikasında səhiyyə sahəsində inkişaf etmiş sistemyaradılıb.

Rəqəmsal texnologiyalar bütün dünyada bu sahənin inkişafı üçünprioritet hesab olunur və gələcəkdə səhiyyənin ən mühüm elementikimi yer alacaq. Rəqəmsallaşma səhiyyə xərclərini artırmadanxidmətlərin əlçatanlığını və keyfiyyətini təmin edir. Bununla belə,dövlətin iştirakı olmadan rəqəmsal səhiyyənin inkişafı mümkündeyil. Biz səhiyyə sisteminin təşkilində Koreya təcrübəsiniöyrənməkdə maraqlıyıq”.

Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın uğurlainkişaf edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan xalqının yüksək qonaqpərvərliyini bildirən “KyungHee” Universitetinin nümayəndələri belə görüşlərin təcrübə və bilikmübadiləsi baxımından çox vacib olduğunu vurğulayıblar. Həmçinin,Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasındada maraq ifadə olunub. Diqqətə çatdırılıb ki, ənənəvi Koreyatəbabətində aparıcı məktəb hesab olunan “Kyung Hee” UniversitetSisteminə 50-yə yaxın köməkçi elmi-tədqiqat institutlarıdaxildir.

Görüş zamanı tərəflər müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıqüçün potensial imkanları müzakirə ediblər.

Dövlətin
Dövlətin
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
9
az.trend.az

10Mənbələr