AZ

Ermənistanda bu il 22 hərbçi ölüb

Ermənistan Silahlı Qüvvələri bu il 22 hərbçisini itirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi yayıb.

Mənbə qeyd edir ki, onlardan 17-si qeyri-döyüş şəraitində dünyasını dəyişib.

Bunlardan 3-ü intihar, 5-i qətl, 1-i bədbəxt hadisə, 5-i yol qəzası, 1-i yanğın, 2-si təyyarə qəzası kimi qeydə alınıb.

Xatırladaq ki, iyulun 11-də baş vermiş qəzada ordudan tərxis olunmuş iki nəfər taksi ilə evlərinə qayıdarkən həlak olub.

Hüquq müdafiəçiləri orduda faciəvi hadisələrin artdığını qeyd edərək, bunu özbaşınalıq, “dedovşina”, tibbi müayinə və hərbi texnikanın texniki vəziyyəti ilə bağlı problemlərlə əlaqələndirirlər.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
bizim.media

1Mənbələr