AZ

Toral Bayramov: “Heç kimdən çəkinmirik və çempionata hazırıq”

"Oyuna yaxşı başladıq. Maksimum çalışdıq ki, 90 dəqiqəni üstün keçirək və buna nail olduq. Meydanda baş məşqçinin tapşırıqlarını yerinə yetirdik və layiqli qələbə qazandıq. Növbəti mərhələdə də qələbə qazanıb, uğurlu seriyamızı davam etdirib, azarkeşlərimizi sevindirmək niyyətindəyik". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın üzvü Toral Bayramov deyib.
23 yaşlı futbolçu avqustun 2-də start götürəcək yeni mövsümlə də bağlı fikirlərini bölüşüb: "Heç kimdən çəkinmirik və çempionata hazırıq. Artıq sıx qrafiklə oynamağa öyrəşmişik. İllərdi bu praktika ilə davam edirik. İstər "Neftçi", istərsə də digər klublarımız olsun, onların güclənməsi bizi narahat etmir. Peşəkar olaraq öz işimizi görürük və inkişaf etməkdə maraqlıyıq".
 
Qeyd edək ki, "Linkoln"ı mübarizədən kənarlaşdıran "Qarabağ" Çempionlar Liqasında III mərhələyə yüksəlib.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
sport24.az

1Mənbələr