AZ

Yolu səhv salan sürücü prospektdə maşınların üzərinə sürdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda yol hərəkəti qaydalarına əməl etməyən sürücü kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə iyulun 30-da, saat 19:30-da paytaxtın 8 Noyabr prospektində baş verib.
Belə ki, 90-NO-743 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobilin sürücüsü Ramiz Quliyev küçəsindən 8 Noyabr prospektinə daxil olan zaman yol nişanının tələbini pozub. O, Zığ şosesi istiqamətinə getmək üçün ikinci ayırıcı zolağa daxil olmaq əvəzinə, birinci ayırıcı zolağa dönüb. Fotoşəkildən də aydın şəkildə görünür ki, sürücü birtərəfli yolun tam əksinə çıxaraq axına qarşı hərəkət edib.
Qeyd edək ki, bu xətaya görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 150 manat məbləğində cərimə oluna bilər.
Seçilən
194
48
oxu.az

10Mənbələr