AZ

ABŞ Gürcüstan rəsmiləri və siyasətçilərinə qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Gürcüstan rəsmiləri və siyasətçilərinə qarşı yeni sanksiyaları nəzərdən keçirir.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayn deyib.

 

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Avropanın gələcəyi ilə bağlı keçirilən dinləmələrdə Gürcüstandakı vəziyyət müzakirə olunub. Obrayn üç əsas məsələni vurğulayıb: oktyabrda keçiriləcək parlament seçkiləri, "xarici agentlər haqqında" qanun və Anakliada dərin dəniz limanının tikintisi layihəsinə çinli investorların gəlməsi.

 

“Gürcüstan hökuməti üçün aydın olmalıdır ki, geriyə yol var. Azad və ədalətli seçkilər vətəndaş cəmiyyətinə qarşı zorakılıq olmadan keçirilməlidir. Qanun (xarici agentlər haqqında) Rusiya qanunvericiliyinə deyil, Aİ qanunvericiliyinə uyğunlaşdırıla bilər. Çinin Anakliyada dərin dəniz limanı tikməsinin qarşısı alınmalıdır. Bu addımlar bu gün Gürcüstan üçün həqiqətən vacibdir”, - Obrayn bildirib.

 

Dinləmələrdə çıxış edən demokrat senator Cenni Şahen qeyd edib ki, Vaşinqtonda həm demokratlar, həm də respublikaçılar Gürcüstan hakimiyyətinin son addımlarından narahatdırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
37
modern.az

10Mənbələr