Sentyabrın 1-də növbədənkənar parlament seçkilərində 390 nəfər namizəd qeydə alınıb. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirilib.
O bildirib ki, ölkədə qeydiyyatda olan 26 siyasi partiyadan 25-i seçkilərdə iştirakını təsdiq edib.
Sentyabrın 1-də seçkiləri boykot elan edən partiya Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır.
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib.
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
Gülnar Nazimqızı

www.anews.az