AZ

Hidayət Heydərov Parisdə yallı getdi - VİDEO

Azərbaycana Paris-2024 olimpiadasında ilk qızıl medalı qazandıran cüdoçu Hidayət Heydərov yeni görüntüləri yayılıb. 

BAKU.WS xəbər verir ki, hazırda Parisdə olan idmançımız digər idmançılarla birlikdə öz qələbəsini qeyd edib.

Onlar müğənni Mərdan Kazımovun mahnılarının sədaları altında yallı gediblər. Həmin anlar sosial şəbəkələrdə yayılaraq rəğbətlə qarşılanıb.

Qeyd edək ki, 73 kq çəki dərəcəsində yer alan idmançımız finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
baku.ws

2Mənbələr