AZ

Bu yolda dayanmayan sürücüləri yol polisi cərimələyir - DİQQƏTLİ OLUN!- VİDEO

Sürücülərdən biri işlək olmayan dəmir yol keçidində cərimələrin yazılması ilə bağlı videogörüntü qeydə alıb. O iddia edir ki, həmin dəmir yolu xətti ilə heç vaxt qatar hərəkət etmir.

Buna baxmayaraq keçidə stop nişanı quraşdırılıb. Orada dayanmadan keçən sürücüləri isə yol polisləri məsuliyyətə cəlb edirlər.

Azərbaycan Dəmir Yolları QSC-dən Avtosfer.az-a verilən məlumatda bildirilir ki, sözügedən dəmir yolu keçidində qatarların intensiv hərəkəti yoxdur. Amma buna baxmayaraq dəmir yolu təmiri maşınları bu yoldan istifadə edirlər.

Qanunvericiliyə görə, işlək vəziyyətdə olan dəmir yolu keçidlərini işarələmək üçün xüsusi yol nişanları və təhlükəsizliyi təmin edmək məqsədilə stop nişanının quraşdırılmalısı vacib hesab olunur. Mövcud nişana əməl etməyən sürücülərə isə yazılan cərimələr qanuni hesab edilir.

 

 

Fərid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
avtosfer.az

1Mənbələr