AZ

Yaponiya Mərkəzi Bankı yenidən faiz artımı həyata keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya Mərkəzi Bankı (BOJ) 2007-ci ildən bəri ikinci dəfə faiz dərəcələrini artırıb.

Banco.az xəbər verir ki, Yaponiya Bankı (BOJ) bugünkü iclasında uçot dərəcəsini 0%-0,1%-dən 0,25%-ə qədər artırıb. Pul siyasəti komitəsinin yalnız iki üzvü qərara etiraz edib.

Mərkəzi bankın faiz dərəcəsi qlobal standartlara görə aşağı qalsa da, hazırda 2008-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir.

"Bloomberg" nəşrinin keçirdiyi sorğuda iştirak edən 49 iqtisadçıdan təkcə 11-i faiz artımını proqnozlaşdırmışdı. 

BOJ həmçinin aylıq istiqraz alışlarının sürətini azaldacağını bəyan edib. Bununla da mərkəzi bank 2026-cı ilin birinci rübündə aylıq istiqraz alışlarını təxminən 3 trilyon yenə (19,6 milyard dollar) endirəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
12
banco.az

10Mənbələr