Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında davam edir. Matc.az xəbər verir ki, bu gün ölkəmizi Olimpiya Oyunlarında təmsil edən idmançımız uğurlu nəticələr əldə etmək üçün mübarizə aparacaqlar. -90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən cüdoçumuz Elcan Hacıyev 1/16 final mərhələsində qardaş Türkiyə idmançısı Mixael Zqank ilə qarşılaşacaq. Akademik avarçəkmədə millimizin üzvü Diana Dımçenko C/D yarımfinalında yarışacaq. Təmsilçimiz Rostislav Pevtsovun da mübarizə aparacağı triatlon yarışları Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən təxirə salınıb. Badmintonçumuz Edi Reski Dviçayo E qrupunun II turunda danimarkalı Anders Antonsen ilə üz-üzə gələcək. Günün sonunda qadınlar arasında 3x3 basketbol görüşündə Azərbaycan ABŞ ilə qarşılacaq. 12:00. Cüdo (kişilər, -90 kq), 1/16 final Elcan Hacıyev – Mixael Zqank (Türkiyə) 12:14. Akademik avarçəkmə (qadınlar, fərdi), C/D yarımfinal Diana Dımçenko 12:45. Triatlon (kişilər, fərdi), Təxirə salınıb Rostislav Pevtsov 16:30-dək. Badminton (kişilər, fərdi), E qrupu, II tur Edi Reski Dviçayo – Anders Antonsen (Danimarka) 23:30. Basketbol (qadınlar, 3X3) II tur Azərbaycan – ABŞ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta