AZ

Paris-2024: İdmançılarımızın bu günə olan yarış cədvəli

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında davam edir. Matc.az xəbər verir ki, bu gün ölkəmizi Olimpiya Oyunlarında təmsil edən idmançımız uğurlu nəticələr əldə etmək üçün mübarizə aparacaqlar. -90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən cüdoçumuz Elcan Hacıyev 1/16 final mərhələsində qardaş Türkiyə idmançısı Mixael Zqank ilə qarşılaşacaq. Akademik avarçəkmədə millimizin üzvü Diana Dımçenko C/D yarımfinalında yarışacaq. Təmsilçimiz Rostislav Pevtsovun da mübarizə aparacağı triatlon yarışları Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən təxirə salınıb. Badmintonçumuz Edi Reski Dviçayo E qrupunun II turunda danimarkalı Anders Antonsen ilə üz-üzə gələcək. Günün sonunda qadınlar arasında 3x3 basketbol görüşündə Azərbaycan ABŞ ilə qarşılacaq. 12:00. Cüdo (kişilər, -90 kq), 1/16 final Elcan Hacıyev – Mixael Zqank (Türkiyə) 12:14. Akademik avarçəkmə (qadınlar, fərdi), C/D yarımfinal Diana Dımçenko 12:45. Triatlon (kişilər, fərdi), Təxirə salınıb Rostislav Pevtsov 16:30-dək. Badminton (kişilər, fərdi), E qrupu, II tur Edi Reski Dviçayo – Anders Antonsen (Danimarka) 23:30. Basketbol (qadınlar, 3X3) II tur Azərbaycan – ABŞ  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
matc.az

1Mənbələr