AZ

ABŞ kəşfiyyatında İranın Trampa sui-qəsd cəhdində iştirakı barədə məlumatı yoxdur

“ABŞ kəşfiyyat orqanlarında İranın Respublikaçılar Partiyasının builki prezident seçkilərində real namizədi Donald Trampa qarşı sui-qəsd cəhdində iştirakı barədə məlumat yoxdur”.

Bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktor müavini Pol Ebbeyt bildirib.

Senatın Ədliyyə Komitəsi, Daxili Təhlükəsizlik və Hökumət İşləri Komitəsi qarşısında dinləmələrdə çıxış edən FTB rəsmisi deyib: “Bununla bağlı İran da daxil olmaqla, yerli və ya xarici sui-qəsdçilərin olması barədə heç bir məlumatımız yoxdur. Mən açıq şəkildə bildirmək istəyirəm ki, bizdə bununla bağlı heç bir sübut yoxdur.

Qeyd edək ki, ABŞ-ın Pensilvaniya ştatında keçmiş prezident, Respublikaçılar Partiyasının builki prezident seçkilərində real namizədi Donald Trampa qarşı sui-qəsd təşkil olunub.

Hadisə Batler şəhərində seçicilərlə görüş zamanı baş verib. Çıxışı başlayandan bir neçə dəqiqə sonra Donald Trampa atəş açılıb və güllə onun qulağına dəyib.

Mənbə: report.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
7
report.az

8Mənbələr