AZ

"Əminəm ki..." - Levandovskidən iddialı açıqlama

"Barselona"nın hücumçusu Robert Levandovski yeni mövsüm ərəfəsində iddialı açıqlama verib.

Fanat.Az xəbər verir ki, onun dediklərini AS belə çatdırıb:

"Ötən mövsüm nə mənim üçün uğurlu alındi, nə də komandam üçün. Əminəm ki, ötən mövsümdəkindən çox qol vuracam". 

Qeyd edək ki, Levandovski "Barselona"ya 2022-ci ilin iyul ayında, 45 milyon avro qarşılığında "Bayern Münhen"dən transfer olunub. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Ötən mövsüm 49 matça çıxan polşalı forvard 26 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
fanat.az

1Mənbələr