Türkiyənin Muğla vilayətində 19 yaşlı gənc qızın qadın sığınacağından yardım istəməsindən sonra qorxunc fakt üzə çıxıb.
Medianews.az xəbər verir ki, araşdırmalar zamanı həmin qadının PKK/KCK terror təşkilatının üzvü olduğu məlum olub.
Sığınacaqdakı növbətçi polis əməkdaşı qadının telefonunda PKK/KCK terror təşkilatının şəkillərini gördükdən sonra hərəkətə keçib. Saxlanılan 19 yaşlı qadın polis bölməsinə aparılıb. Onun mobil telefonu da ətraflı araşdırma üçün müsadirə edilib.
Hazırda faktla bağlı araşdırmalar davam edir.
Medianews.az