AZ

Polis qanunsuz olaraq torpaq daşıyan yük maşınları aşkarladı

Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxur kütləsinin “Kamaz” və “BMC” markalı iki yük avtomobili ilə daşınması aşkar  olunub. 
İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etdiklərinə görə həmin yük avtomobillərinin sürücüləri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib. 

Xəzər rayonu ərazisində keçirilən tədbir zamanı isə Türkan qəsəbəsinin dəniz sahilində yerləşən bir istirahət mərkəzində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmadığı aşkar olunub.  

Ekoloji tələblərin pozulmasına görə həmin obyektin sahibi barəsində də inzibati tənbeh tədbiri tətbiq edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
avtosfer.az

1Mənbələr