AZ

Rusiya vətəndaşlığını almış əcnəbilərin hərbi xidmət müddəti azaldılır- Qanun dəyişir

Rusiya vətəndaşlığını almış şəxslər əvvəllər təklif olunduğu kimi iki il deyil, bir il orduda xidmət edəcəklər.

Azpost.info xəbər verir ki, bu barədə “İnterfaks”a parlamentin aşağı palatasındakı məlumatlı mənbə bildirib.

“Çox güman ki, Rusiya vətəndaşı olanlar bir il orduda xidmət etməli olacaqlar, çünki bu, Rusiya vətəndaşlarının bərabər hüquqlarını təmin edəcək”, – mənbə deyib.

Onun sözlərinə görə, qanun layihəsi bu gün Rusiya Dumasına təqdim olunacaq. Sənədin iyulun 31-də, yaz sessiyasının yekun iclasında qəbul ediləcəyi gözlənilir.

İyulun 29-da Dumanın sədri Vyaçeslav Volodin miqrantların hərbi məqsədlər üçün qeydiyyatı ilə bağlı qanunvericilik təşəbbüsünün hazırlanmasını təklif edib.

Azpost.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
azpost.info

10Mənbələr