AZ

Mercedes V8-lə vidalaşmaq istəmir

Elektromobilə keçid prosesi son aylarda ciddi şəkildə ləngiyib. Avropa Parlamentinə son seçkilər isə bu ləngiməni daha da sürətləndirib. 

Avtosfer.az xəbər verir ki, artıq bir çox avropalı istehsalçı elektromobilə tam keçid planlarını 5 il təxirə salıb. Bunu həm texniki imkanlar, həm də müştərilərin istəkləri diktə edir. 
Mercedes şirkəti bü günlərdə bildirib ki, yaxın illərdə V8 mühərriklərdən imtina etmək fikrində deyil. V4 kimi V8 mühərriklər də hələ rəğbətlə qarşılanır. Lüks modellərin elektrik versiyası hazırlansa da, ənənəvi modellərə maraq böyükdür. 
İrihəcmli mühərriklərə ilk növbədə çinli və Yaxın Şərqdən olan müştərilər  maraq göstərirlər. V8-dən imtina konsernin ən böyük müştəri kontingentinin itirilməsi ilə nəticələnəcək.

Vüqar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
avtosfer.az

1Mənbələr