AZ

Alvares "Mançester Siti"dən şikayətləndi - İki klub dərhal hərəkətə keçdi

"Mançester Siti"nin hücumçusu Xulian Alvares klubdakı mövqeyindən narazı olduğunu bildirib.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano argentinalı forvardın fikirlərini belə çatdırıb:

“Ötən mövsüm meydanda keçirdiyim dəqiqələrin sayına görə komanda liderlərindən biri idim. Amma sonda əsas matçlarda kənarda qalırsanda, bu, xoş deyil. Çünki daim faydalı olmaq istəyirsən. Məqsədlərim və arzularım haqqında düşünmək üçün mənə daha çox oynamaq lazımdır. Gəlin görək bundan sonra nə olacaq”.

Alvaresin bu açıqlamasından sonra onun mövsümlərarası fasilədə "Mançester Siti"dən ayrılacağı müzakirə olunmağa başlayıb. Artıq MS-nin Premyer Liqadakı əsas rəqiblərindən 2-si "Arsenal" və "Çelsi" dünya çempionuna elçi düşüb. 

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
fanat.az

1Mənbələr