AZ

Dövlət Proqramının QALİBİ: “İqtisadi inkişafa təkan verəcək layihələrimiz var”

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair ilkin siyahı təsdiq olunub. 

 

Bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 295 nəfər namizəd proqram iştirakçısı adını qazanıb. 

 

Onlardan biri “London Business School” un Maliyyə üzrə Magistratura səviyyəsinə qəbul alan Anar Qarayevdir.

 

AzEdu.az Təhsil Portalı olaraq Anar Qarayevlə olan müsahibəni təqdim edirik:

 

- Anar bəy, ilk növbədə orta təhsiliniz haqqında məlumat verərdiniz.

 

- 2004-cü ildə orta məktəbə Ağdam rayonu Eloğlu kənd məktəbində başlasam da  2013-cü ildə məktəbimi dəyişib, Ağdam rayonu Qaradağlı kənd orta məktəbindən məzun olmuşam. Bakalavr təhsilimi isə 2015-ci ildə ADA Universitetinin Biznesin idarə edilməsi ixtisası üzrə aldım.

Burada təhsilimi ingilis dili üzrı davam etdirdim. Təhsil aldığım müddətdə İtalyada Boloniya Universitetində tələbə mübadiləsi proqamında iştirak etmişdim. ADA Universitetindən məzun olduqdan sonra məqsədim 2-3 il iş təcrübəsi qazanmaq oldu. Daha sonra isə magistratura təhsili almağı planlaşdırdım.

 

- “London Business School” universitetini seçməyinizdə hansı amillər rol oynadı?

 

- Çünki Avropada yeganə təhsil müəssisəsidir ki, burada təcrübəli kadrlar üçün xüsusi bir proqram nəzərdə tutulub. Yəni təcrübəli maliyyə proqramları üçün müəyyən tələblər var. Bunlardan biri də 3 il iş təcrübəsi olmasıdır. Bu əsas amil idi.

 

- Sözsüz ki, xaricin nüfuzlu bir ali təhsil ocağına qəbul olmaq sizi sevindirib. Bəs ailənizin buna reaksiyası necə oldu?

 

- Təbii ki, ailəm də bu xəbərə mənim qədər sevindi. Düzdür, onlar mənə hər zaman inanırdı və fikirləşdirdilər ki, qəbul olacam. Əslində bir neçə universitetə müraciət etmişdim. Amma ən çox istədiyim “London Business School” universiteti oldu. Bu ali məktəbdə ödənişlər bir qədər yüksəkdir. Demək olar ki, bütün xərclər 80 min dollara yaxın bir məbləği əhatə edir. Elə ona görə də Xaricdə təhsilə dair Dövlət Proqramı ilə qəbul olduğumu eşidəndə həm ailəm, həm də özüm çox sevindik.

 

- Gələcəklə bağlı hansı hədəfləriniz var?

 

- Hazırda Azərbaycan İnvestisiya Holdinqində 2 ilə yaxındır ki, işləyirəm. Gələcək planım bu holdinqdə fəaliyyətimi yüksək səviyyədə davam  etdirməkdir. Şirkətlə birgə gələcək hədəflərim var. Ölkəmizin iqtisadi inkişafına təkan verəcək yeni layihələr üzərində işləməyə başlamışıq.

 

- Xaricdə təhsil almaq istəyən gənclərə nələri tövsiyə edərdiniz?

 

- Tövsiyəm əsasən ondan ibarətdir ki, məzun olduqdan sonra bir müddət işləsinlər. Eyni zamanda təcrübə proqramalarına müraciət etsinlər.

Xüsusən  ali məktəb seçimində çox araşdırma etmək lazımdır. Universitetin yalnız adına baxaraq yox, sizə vəd etdiyi imkanlara üstünlüklərə görə seçim ediləndə inkiçaf etmək daha asan olur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
60
azedu.az

1phrase_var_article.sources