AZ

Azərbaycanlı məktəblilər Beynəlxalq Kimya Olimpiadasında 4 medal qazandılar

21-30 iyul tarixlərində Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində təşkil edilən 56-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2024) məktəblilərimiz uğurla çıxış ediblər.

Təhsil İnstitutundan Modern.az-a bildirilib ki, 84 ölkə üzrə 297 şagirdin iştirak etdiyi beynəlxalq müsabiqədə 4 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş və 3 bürünc medal qazanıb.

Sözügedən olimpiadada Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Şərifzadə Səttar gümüş medala, Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdləri Xəlilzadə Murad və Mustafazadə Ümid, həmçinin Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Hacızadə Nihad bürünc medala layiq görülüblər.

Seçilən
55
8
modern.az

9Mənbələr