AZ

Rusiyada hökumət abortların məhdudlaşdırılması ideyasına qarşı çıxdı

Rusiya hökuməti hesab edir ki, özəl klinikalarda abortları qadağan edən qanun layihəsi Rusiya Federasiyasının Konstitusiyasına, yəni vətəndaşların hüquq və azadlıqlarına dair müddəalara ziddir.

Qaziler.az “Kommersant”a istinadla xəbər verir ki, bu haqda ölkənin Nazirlər Kabineti Nijni Novqorod Şəhər Dumasının təşəbbüsünə cavab verib.

Hökumət xatırladıb ki, hər bir qadın analıq məsələsində öz seçimini etmək hüququna malikdir və hamiləliyin süni şəkildə dayandırılması onun xahişi ilə “məlumatlaşdırılmış könüllü razılıq” əsasında həyata keçirilir. Bu, “Vətəndaşların sağlamlığının qorunmasının əsasları haqqında” Qanunun 56-cı maddəsində öz əksini tapıb. Bundan başqa, həmin sənəddə qeyd olunur ki, vətəndaşlar yaşadıqları, təhsil aldıqları və ya işlədikləri yerin yaxınlıındakı müəssisələrdən tibbi xidmət ala bilərlər.

Nazirlər Kabineti onu da əlavə edib ki, vətəndaşların icbari tibbi sığorta ilə özəl klinikalara müraciət etmək hüququ var. Əgər bu qurumlar abort xidmətləri göstərmək imkanından məhrum olarsa, o zaman ölkənin büdcə xərcləri arta bilər. Hökumət qanun layihəsinin yekunlaşdırılmasını tövsiyə edib.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
qaziler.az

1Mənbələr