AZ

Paris-2024: Diana Dımçenko medal şansını itirdi

Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) avarçəkmə yarışları davam edir.

Arena.az xəbər verir ki, bu gün qadınların 2000 metr məsafəyə fərdi yarışında 1/4 final mərhələsinin görüşləri keçirilir.

Azərbaycan idmançısı Diana Dımçenko da Olimpiadada növbəti sınağına çıxıb. Təmsilçimiz 3-cü qrupda yarışıb. O, birinci zolaqda avar çəkib. Diana “altılıq”da 4-cü yeri tutub.

Diana məsafəni 7 dəqiqə 53,76 saniyəyə qət edib. Yovana Arsiç (Serbiya) və Coani Delqadonu (Filippin) qabaqlayan idmançımız Emma Tviq (Yeni Zelandiya), Aureliya-Maksima Katarina Yanzen (İsveçrə) və Virciniya Dias Rivasdan (İspaniya) geri qalıb.

Bununla da olimpiyaçımız C/D yarımfinalına yüksəlib. 1/4 final mərhələsində ilk üç yerin sahibi A/B, digər üç olimpiyaçı C/D yarımfinalına vəsiqə qazanıb. Təmsilçimiz 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulacaq. Belə ki, o, medal qazanmaq şansını itirib.

Qeyd edək ki, A/B yarımfinalları avqustun 1-də, C/D yarımfinalları iyulun 31-də keçiriləcək.

Azərbaycan millisi Fransaya 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
arena.az

1Mənbələr