AZ

56-cı Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz 1 gümüş və 3 bürünc medal qazanıblar

21–30 iyul tarixlərində Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində təşkil olunmuş 56-cı Beynəlxalq Kimya Olimpiadasında (IChO 2024) məktəblilərimiz uğurla çıxış ediblər. 

Elm və Təhsil Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, 84 ölkə üzrə 297 şagirdin iştirak etdiyi beynəlxalq müsabiqədə 4 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş və 3 bürünc medal qazanıb.

Sözügedən olimpiadada Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdi Şərifzadə Səttar gümüş medala, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Xəlilzadə Murad və Mustafazadə Ümid, həmçinin Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdi Hacızadə Nihad bürünc medala layiq görülüblər.

Seçilən
40
8
operativmedia.az

9Mənbələr