AZ

Azərbaycan avarçəkəni 1/4 finalda 4-cü yeri tutdu - Paris-2024

style='margin-bottom:10px;'>

Azərbaycanın akademik avarçəkmə üzrə milli komandasının üzvü Diana Dımçenko bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 1/4 final mərhələsində iştirak edib.

QOL.az xəbər verir ki, O, isveçrəli Yanzen Aurelia-Maksima Katalinaya, yeni zelandiyalı Tviqq Emmaya, ispaniyalı Dias Rivas Vircinaya, serbiyalı Arsik Covanaya və Filippinli Delqaso Joaniylə birgə yarımfinal uğrunda mübarizə aparıb.

Dimçenko mübarizəni 4-cü yerdə başa vurub. Bununla da o, C/D yarımfinalına yüksəlib.

Bu qrupda 1-ci yeri Tviqq Emmaya, 2-ci yeri Yanzen Aurelia-Maksima Katalinaya, 3-cü yeri isə Dias Rivas Vircinaya tutub. Bu üç idmançı birbaşa yarımfinalda iştirak etmək hüququ qazanıb.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
teleqraf.com

2Mənbələr