AZ

Qəzada iki nəfərin ölümünə səbəb olan sürücü hökmdən narazıdır

Füzuli rayonunda yol qəzası törətməkdə təqsirləndirilən Məşədi Aşurovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi Pərviz Hacıyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 29-na təyin edilib.

 

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: Hadisə 13 avqust 2023-cü il tarixdə, saat 19 radələrində Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndi ərazisində qeydə alınıb. Belə ki, Məşədi Aşurovun idarə etdiyi “Mercedes Benz” markalı, 90-XM-210 dövlət qeydiyyat nişanlı avtomobillə sərt döngədə idarəetməni itirib. Nəticədə əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn Salyan şəhər sakini, 1985-ci il təvəllüdlü Rəşad Rəşid oğlu Nəzərovun idarə etdiyi “VAZ-2106” markalı, 07-BG-127 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində “VAZ”da olan sərnişin Yaşar Mirzə oğlu Əhmədov hadisə yerində, sürücü Rəşad Nəzərov isə yerləşdirildiyi tibb müəssisəsində vəfat ediblər. Hadisədən sonra Məşədi Aşurov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 30 İyul 2024, 11:42   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
pravda.az

1Mənbələr