AZ

Ermənistanda Sərhəd Qoşunlarına yeni komandan təyin edildi


Edqar Unanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yeni komandanı təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın təklifi əsasında ölkə Prezidenti Vaaqn Xaçaturyan sərəncam imzalayıb.
Polkovnik Unanyan bundan əvvəl Sərhəd Qoşunları komandanının birinci müavini və qərargah rəisi vəzifələrini yerinə yetirib.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının əvvəlki komandanı Arman Maralçyan 2023-cü ildə Tex kəndi yaxınlığında baş vermiş insidentdən sonra vəzifəsindən azad edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
2
yeniavaz.com

1Mənbələr