AZ

Kaliforniya tarixinin 7-ci ən böyük yanğını: Alovları söndürməyə 2500 personal cəlb edildi - VİDEO

ABŞ-nin Kaliforniya ştatında təxminən bir həftədir başlayan meşə yanğınları davam edir.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, alovlar artıq 1416 kilometr əraziyə yayılaraq genişlənib və bununla Kaliforniya tarixinin ən böyük 7-ci yanğını adını alıb. 

Yanğınlar əvvəl Kaliforniya ştatının şimalında başlayıb. Daha sonra Butte, Plumas, Şasta və Tehama bölgələrinə yayılıb.

Məlumatlara görə, bölgədə 66 böyük tikili tamamilə yanaraq kül olub.

Kaliforniya qubernatoru Qavin Neyusom açıqlamasında yanğınları söndürmək üçün 2500 personalın cəlb edildiyini bildirib:

"Hazırda Kaliforniya tarixindəki ən böyük yanğınlardan biri olan Park yanğınının baş verdiyi ərazidəyik. Butte və Tehama əyalətlərindəki yanğınlara da müdaxilə edilir. Bütün qeyri-hökumət təşkilatlarına yanğınsöndürənlərə yardım etdiyi üçün təşəkkür edirik. Onlar gecə-gündüz çalışırlar. Hazırda 2500-dən çox peronal yanğınların qarşısını almaq üçün çalışır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
baku.ws

2Mənbələr