AZ

Ermənistan “Zvartnots”a əlavə qüvvələr yerləşdirəcək

Ermənistan Milli Təhlükəsizlik Xidməti avqustun 1-də Rusiya sərhədçilərinin çıxması ilə əlaqədar “Zvartnots” hava limanına sərhəd nəzarəti üçün əlavə qüvvələr cəlb edəcək.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan MTX-dən bildirilib.

Xatırladaq ki, bu ilin mayında Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə Rusiya sərhədçilərinin avqust ayında İrəvandakı “Zvartnots” hava limanını tərk etmələri razılaşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
2
qafqazinfo.az

3Mənbələr