AZ

İsrail - Hizbullah arasında GƏRGİNLİK: Regionda böyük müharibə gözlənilir - ŞƏRH

İyulun 27-də axşam Qolan təpələrinin şimalındakı Məcdəl Şəms bölgəsinin raket atəşinə tutulması və 10 israilli uşağın həlak olması ilə İsrail-Livan sərhədində vəziyyət kəskin şəkildə gərginləşib. 

Türkiyə, Beyrut əhalisinə regionu tərk etmək barədə xəbərdarlıq edən İsrail hökümətinə siyasi mesajını verib. Bundan savayı Almaniya Xarici İşlər Nazirliyi və ABŞ Departamenti Livandakı alman və ABŞ vətəndaşlarına müraciət edərək  bildrib ki, “Livanı yaxın 24 saat ərzində təcili bir şəkildə tərk edin”.

Baş tutmuş son silahlı qarşıdurma, Qəzza müharibəsinin daha da alovlanmasına səbəb ol bilərmi? 

Mövzu ilə bağlı Misirin Ərəb Siyasi və Strateji Araşdırmalar Mərkəzinin direktoru, Dr. Məhəmməd Sadiq İsmayıl , Ednews - a açıqlama verib. Onun sözlərinə görə Hizbullah və İsrail arasında açıq müharibə olacağına əmin ola bilmərik.

“Lakin İsrail Hizbullaha cavab verməyə hazırdır, bu cavabın bir çox ssenariləri var, o cümlədən Livanın cənubundakı bəzi hərbi obyektləri hədəfə almaq və ya Livandakı infrastrukturu hədəfə almaq və s”. dediyim ikinci ihtihmal Livan üçün fəlakət ola bilər, çünki, Livan Beyrut limanının partlamasından bəri iqtisadi böhrandan əziyyət çəkir buna görə də İsrailin Livanı hədəf almağa davam etməsi Livan və İsrail arasında açıq müharibəyə gətirib çıxaracaq. Bu müharibə başlasa Hizbullaha Suriyadan, Həmasdan, İrandan, Husilərdən və ya digərlər silahlı qruplardan dəstək göndəriləcək".

“ABŞ -a gəlincə O, öz vətəndaşlarına xəbərdarlıq edəndə İsrailin Hizbullahın hücumlarına cavab verəcəyini yaxşı bilirdi, lakin dediyim ki, bu müharibənin başlaması İsrailin Livana edirəcək zərbənin təsirindən aslıdır.

İraq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Dr. Moataz Mohi Abdel Hamid isə hesab edir ki, Livan-İsrail sərhədindən əməliyyatların keçirilməsinə istisna etmək olmaz:

"İsrail əvvəlcə Livanın cənubunda Hizbullah liderlərinə qarşı sürətli hərbi əməliyyat keçirəcək, daha sonra  isə Livanın dərinliklərində və Beyrut hava limanının daxilində və cənubunda Hizbullahın silahlarının yerləşdiyi bütün ərazilərə birbaşa zərbələr endiriləcək. Çünki, ötən gün Hizbullahın endirdiyi zərbələr İsrailin şimal cəbhəsi və Qolan təpələrinə qoyduğu planlarını alt-üst etdi. Ona görə hesab edirəm ki, bu hadisələrdən sonra Hizbullah və Livanı həssas saatlar gözləyir".

Loğman Yunis

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
50
ednews.net

10Mənbələr