AZ

İngiltərədə bıçaqlı hücum: ölənlər var

İngiltərənin Sautport şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərindən birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 2 uşaq isə aldığı zərbələrdən xəstəxanada həyatını itirib.

Polisin məlumatına görə, 17 yaşlı gənc hadisə ilə bağlı saxlanılıb.

Polis hadisənin terrorla əlaqəli olmadığını və başqa heç bir şübhəlini axtarmadıqlarını deyib. 

Əli Hüseynov

Seçilən
94
14
bakivaxti.az

10Mənbələr