AZ

Tahir Kərimli: "Deputatlığa namizədliyimi verməməyim mənə, ailəmə və partiyama sarsıdıcı təsir göstərib, buna görə hər kəsdən üzr istəyirəm"

"Hazırda Vətənimdə - sanatoriyadayam. Müalicə alıram, çalışıram həm də dincəlim. Gizlətmirəm ki, deputatlığa namizədliyimi verməmək qərarım mənə, ailəmə və Partiyama həyacanlı, sarsıdıcı təsir göstərib. Buna görə hər kəsdən üzr istəyirəm".

 

Bunu Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

 

"Həyatda millət vəkili olmaq arzumdan başqa vəzifə tutmaq diləyim olmayıb. Ancaq yorğunluğumu nəzərə alıb, bir müddət istirahət etmək qərarına gəldim. Sədrlik etdiyim Vəhdət Partiyası siyasi kursuna dəyişiklik etməyəcək. Biz Dövlətimizi, xalqımızı təmənnasız sevirik!" - o qeyd edib.

 

Nadir Hüseynov

Tarix: 30 İyul 2024, 08:48   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
20
pravda.az

10Mənbələr