AZ

Bıçaqlı şəxs rəqs məktəbində uşaqlara hücum etdi: 2 ölü, 9 yaralı var

İngiltərənin Sautport şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media yerli mediaya istinadən xəbər verir ki, bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərindən birində uşaqlara hücum edib.

Nəticədə 9 uşaq yaralanıb, 2 uşaq isə aldığı zərbələrdən xəstəxanada həyatını itirib.

Polisin məlumatına görə, 17 yaşlı gənc hadisə ilə bağlı saxlanılıb. Polis hadisənin terrorla əlaqəli olmadığını və başqa heç bir şübhəlini axtarmadıqlarını deyib. Yaralılar bölgədəki xəstəxanalara çatdırılıb.


Bizim.Media 

Seçilən
88
2
bizim.media

2Mənbələr