AZ

Badmintonçumuz ilk görüşündə qələbə qazandı

Azərbaycan millisinin daha bir badmintonçusu Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır.

Apasport.az xəbər verir ki, Edi Reski Dviçayo bu gün qrup mərhələsində ilk matçına çıxıb.

Təmsilçimiz Avstriya idmançısı Kollins-Valentin Filimonla qarşılaşıb. Dviçayo hər iki görüşü qələbə ilə başa vurub.

O, qrup liderliyi uğrunda Anders Antonsenlə (Danimarka) qarşılaşacaq. Görüş iyulun 31-də keçiriləcək.

Qeyd edək ki, Edinin yer aldığı E qrupunun qalibi birbaşa 1/4 finala yüksələcək.

Badminton

Kişilər, fərdi yarış

Qrup mərhələsi, E qrupu

29 iyul, II tur

22:20. Edi Reski Dviçayo - Kollins-Valentin Filimon (Avstriya) - 2:0 (21:18, 21:11)

Alkaras Londonda titulunu qoruyub

Uimbildonda qalib bəlli olub

Uimbldonda finalçılar müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib

Məşhur tennisçi zədələndi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
apasport.az

2Mənbələr