2025-ci ildə ümumilikdə dövlət borcuna 2.5 milyard manatdan çox vəsaitin yönəldilməsi gözlənilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında qeyd olunur.
Məlumata görə, 2025-ci ildə dövlət borcuna xidmət xərcləri 2 milyard 568,9 milyon manat olmaqla xarici dövlət borcu üzrə 1 milyard 718,8 milyon manat, daxili dövlət borcuna xidmət xərcləri isə 850,1 milyon manat təşkil etməsi gözlənilir.