AZ

ABŞ, indiyə qədərki ən güclü superkompüteri inşa edəcək!

     2022-ci ildə dünyanın ilk ictimaiyyətə açıq olan exascale sinif kompüteri Frontier elan edilmişdi. AMD tərəfindən dəstəklənən superkompüter Frontier, 2024-cü ilin iyun ayından etibarən dünyanın ən güclü superkompüteri olmağa davam edir. Lakin ABŞ Enerji Departamenti (DOE), Discover adlı yeni superkompüterlə Frointier-i əhəmiyyətli fərqlərlə məğlub etmək istəyir. ABŞ-da Oak Ridge Milli Laboratoriyasında (ORNL) yerləşən Frontier, artıq exascale sinifli yeganə kompüter deyil, lakin ən güclü olaraq qalır. 1206 exaflops inanılmaz yüksək nəzəri emal gücünə malik olan sistem 3-cü Nəsil AMD EPYC CPU və AMD Instinct MI250X sürətləndiricilərinə malikdir. Nüvələrin ümumi sayı təxminən 8.7 milyondur.     Bununla belə, DOE tərəfindən planlaşdırılan Discovery superkompüterinin Frontier-dən 3-5 dəfə daha sürətli olacağı gözlənilir. Maraqlanan tərəflər Discovery üçün öz təkliflərini avqustun 30-dək təqdim edəcəklər. Quraşdırma prosesləri daha sonra başlayacaq və 2028-ci ilin əvvəlində Oak Ridge Milli Laboratoriyasına (ORNL) çatdırılacaq. Discovery-nin potensial olaraq 8.5 eksaflopu keçməsi gözlənilir. Discovery, hesablama gücü qabiliyyəti ilə müxtəlif sahələrdə və elmi araşdırmalarda inqilab etmək potensialına sahib olacaq. Sistem, iqlim dəyişikliyinin proqnozlaşdırılması, dərmanların kəşfi, yüksək enerji fizikası və yaşıl enerji həllərində istifadə olunacaq. ORNL kompüter və hesablama elmləri laboratoriyasının direktor müavini Georgia Tourassi, Discovery haqqında "Təkcə təcrübə, müşahidə və ya nəzəriyyə vasitəsilə asanlıqla araşdıra bilməyəcəyimiz çətin problemləri araşdırmağa kömək edəcək." sözlərini ifadə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
49
technote.az

1phrase_var_article.sources