AZ

METRO QURBANLARININ XATİRƏSİNƏ VİDEOÇARX HAZIRLANDI

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsinin əməkdaşı

Günay Qululu erməni terrorçularının Bakı Metropoliteninin “28 May” və “Gənclik” stansiyaları arasında törətdiyi terror aktının 30 illiyi ilə əlaqədar videoçarx hazırladı.

Videoçarxda bildirilir ki, 1994-cü il iyul ayının 3-də “28 May” metrostansiyasından “Gənclik” metrostansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış, qatarın ikinci vaqonunda partlayış, sonra isə yanğın baş vermişdir. Ermənistan xüsusi xidmət orqanlarının təşkil etdiyi bu terror aktı nəticəsində 13 nəfər günahsız insan həlak olmuş, 58 nəfər yaralanmışdır.

Videoçarxda terror aktı qurbanlarının xatirəsini dərin ehtiramla anılıb.

https://www.youtube.com/watch?v=1zc6r0ftgiA

Y.Məmmədli

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
tezadlar.az

1Mənbələr