Türkiyənin Afyonkarahisar şəhərində sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 38 nəfər yaralanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Afyonkarahisarın Sandıklı rayonunda, Afyonkarahisar-Antalya magistral yolunda qeydə alınıb.
Belə ki, sərnişin avtobusu yem yüklü yük maşınının arxasına çırpılıb.
Nəticədə sürücünün yanında əyləşən şəxs hadisə yerində ölüb, 38 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Qəza yerinə təcili yardım, jandarma, polis və xilasetmə qrupları cəlb edilib.
Yaralılar təcili yardım maşınları ilə Afyonkarahisardakı müxtəlif xəstəxanalara aparılıb.
Şəbnəm Mehdizadə