Ukrayna səmasının mühafizəsini gücləndirmək üçün Kiyev ilin sonuna qədər ən azı 60 ədəd F-16 qırıcısı almalıdır.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisinin müavini, general-leytenant İqor Romanenko deyib.
O qeyd edib ki, təyyarələr ötən il Ukrayna Silahlı Qüvvələrində xidmətdə olmalı idi:
"Digər tərəfdən, aydındır ki, biz bu təyyarələri qəbul, istifadə və istismar etməyə hazırlaşırıq, amma gecdir, çünki ruslar artıq bir ildir ki, buna intensiv şəkildə hazırlaşırlar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun