İyulun 28-də Venesuelada prezident seçkisi keçirilir.Səsvermənin nəticələri ölkənin növbəti altı il üçün siyasi kursunu müəyyən edəcək.Seçki məntəqələri yerli vaxtla saat 18:00-dək (bakı vaxtilə 29 iyul saat 02:00-dək) açıq olacaq. Eyni zamanda, səs vermək istəyənlərin sayı çox olarsa, məntəqələrin iş vaxtı uzadıla bilər.Qalib gəlmək üçün namizədlər sadə səs çoxluğu qazanmalıdırlar. Xalqın seçdiyi siyasətçi 2025-ci il yanvarın 10-da rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.Respublikanın ən yüksək dövlət vəzifəsi uğrunda ümumilikdə on nəfər mübarizə aparacaq. Venesuela prezidentliyinə əsas namizədlər hazırkı dövlət başçısı Nikolas Maduro və sağçı partiyaların namizədi Edmundo Qonzalesdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta