AZ

Çay DAŞDI: Lənkəranın da mərkəzi küçələri su ilə doldu - FOTO

Lənkəran şəhərinin mərkəzi küçələri yağış suları ilə dolub.

Milli.Az APA-ya istinadən bildirir ki,  səhər saatlarında Lənkəranda yağan intensiv yağışdan sonra kanallar daşaraq həyətyanı sahələri su basıb.

Şəhərin əsas mərkəzi küçələri, eləcə də 2 və 3 saylı məktəblərə gedən yollar, bazar küçələri sel suları ilə dolub.

Rayonun Sütəmurdov kəndi ərazisindən keçən Lənkərançay daşıb.

Hazırda Lənkəranda yağış dayanıb. Rayonda buludlu hava şəraiti müşahidə olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
72
11
milli.az

10Mənbələr