İyulun 27-də Ermənistanın Tavuş vilayətində dəhşətli avtomobil qəzası baş verib.
Publika.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, saat 17:50 radələrində İrəvan-Sevan-İcevan yolunun 99-cu kilometrliyində, Dilican genişləndirilmiş icmasının inzibati ərazisində "İnfiniti" və "Suzuki" markalı iki minik avtomobili toqquşub.
Qəza nəticəsində ağır yaralanmış 12 nəfər İcevan tibb mərkəzinə yerləşdirilib.