AZ

Ebrudan boşanma iddialarına - Cavab

Məşhur türkiyəli müğənni Ebru Gündeşin boşanması ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sənətçi haqqında çıxan ayrılıq iddialarına münasibət bildirib.
Gündeş instaqram hesabında həyat yoldaşı ilə birgə fotosunu yayımlayaraq “Yaxşı ki” qısa şərhini yazıb.
Xatırladaq ki, Ebru Gündeş bu ilin fevralında özündən 12 yaş kiçik iş adamı Murad Özdemirlə Dubayda nikah masasına əyləşib.
Qeyd edək ki, Gündeş buna qədər üç dəfə ailəli olub. Onun ilk evliliyi 16 yaşında ikən Hamdi Vardarla, ikinci evliliyi isə 2002-ci ildə vəkil Ömer Durakla olub.
Müğənni 2010-cu ildə iş adamı Rza Zərrabla ailə həyatı qurub, onun bu nikahdan bir qız övladı var. Ebru Zərrabla evliliyinə qalmaqallı şəkildə son qoyub. Özdemir də Ebrudan əvvəl iki dəfə evlilik həyatı yaşayıb. Onun ilk evliliyindən 2, ikincidən isə 1 övladı var.


Seçilən
39
1
yenilik.az

4Mənbələr