AZ

"Atəşkəs olarsa, ərazimizin 25 faizi Rusiyanın nəzarətində qalacaq" - Ukraynanın Türkiyədəki səfiri

 
"NATO müasir təhlükəsiz dünyanın tələbatlarını təmin edəcək yeganə təsisatdır..."
 
"Ukrayna ilə Türkiyə işğalda qalan insanların və əsirlərin Türkiyə vasitəsilə geri dönməsi üçün dənizdə humanitar dəhlizin yaradılması üzərində işləyir..."
 
İşğalçı qoşunlar çıxmadan atəşkəs rejimi Ukrayna ərazilərinin 25 faizinin Rusiyanın nəzarətində qalmasına gətirib çıxaracaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar "Euronews"  nəşrinə müsahibəsində bəyan edib.
 
"Bir çox ölkələr atəşkəs ideyasını təklif edib, lakin heç kim bunun nə demək olduğu üzərində düşünmür", - o, bəyan edib.
 
Onun sözlərinə görə, hadisələrin inkişafının belə dönüşü Rusiyaya "öz imkanlarını möhkəmləndirməyə və yenidən Ukraynaya hücumu bərpa etməyə zaman verəcək".
 
Bodnar Rusiya işğalı probleminin həlli üçün Ukraynanın beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. 
 
"İstənilən digər təklif diqqətə alına bilməz, məhz buna görə biz onu rədd etmişik, - səfir deyib. - Bizim sülhə nail olmaq metodlarımız çox sadədir, bunlar Rusiya qoşunlarının çıxarılması və beynəlxalq hüququn qorunmasıdır, bundan sonra biz digər imkanlardan danışa bilərik".
 
NATO-da mümkün üzvlük barəsində danışarkən Bodnar bəyan edib ki, Ukrayna Moskvanı təhrik etmək və ya geosiyasi dəyişikliklər etmək niyyətində deyil, məqsədimiz yalnız təhlükəsizlik və "uzunmüddətli sülhdür".
 
"NATO hər halda kağız üzərində olsa da, müasir təhlükəsiz dünyanın tələbatlarını təmin edəcək yeganə təsisatdır".
 
Xatırladaq ki, bundan öncə Macarıstan baş naziri Viktor Orban Çində səfərdə olarkən Si Tszinpinə Rusiya və Ukraynanı "atəşkəsə sövq etməyə" çağırış edib.
 
"Ukrayna ona təkid edir ki, Rusiya qoşunlarının onun ərzazisinin beşdə bir hissəsini işğal etdiyi, hər gün raket və bombaların onun şəhərlərinə düşdüyü zaman hər-hansı atəşkəsə razı ola bilməz.
 
Prezident Zelenski Rusiya qoşunlarının tamamilə çıxarılmasına çağırış edib, yalnız o zaman atəşkəsdən danışmaq olar ", - bunu "The Washington Post" nəşri yazıb.
 
Bodnar həmçinin Ukrayna və Türkiyənin insanların işğaldan qayıtması üçün humanitar dəhliz yaradılması üzərində işlədikləri barədə məlumat verib.
 
Bu dəhliz "İşğal edilmiş ərazilər-Türkiyə-Ukrayna" marşrutu üzrə işləyəcək və Rusiya tərəfinin razılığı ilə fəaliyyət göstərəcək.
 
Ukrayna və Türkiyə tərəfi birgə səylərlə dəniz humanitar dəhlizini yaratmağa cəhd edir. Bu dəhliz işğalda qalan ukraynaılılar və əsirlərin Türkiyə vasitəsilə nəzarət altında olan ərazilərə geri dönməsinə kömək edəcək.
 
O, əlavə edib ki, bu təşəbbüs Rusiya tərəfinin razılığı ilə işləməlidir, bu zaman səfir Türkiyə diplomatiyasının Rusiya ilə razılaşmalarda nailiyyətlərini, o cümlədən "taxıl sazişi" və 2022-ci ilin mart ayında İstanbulda danışıqların təşkilini nümunə gətirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
moderator.az

10Mənbələr