AZ

Sualtı skuterlə Dunay çayını keçərək Ukraynadan Rumıniyaya qaçmağa cəhd etdi və...

Ukraynada səfərbərlikdən xilas olmaq üçün sualtı skuterdə Dunay çayını üzərək Rumıniyaya qaçmağa cəhd edən yerli sakin tutulub.

Publika.az xəbər verir ki, bBu barədə “Gazeta.ru” Ukrayna Dövlət Sərhəd Xidmətinə istinadən məlumat yayıb.

Ukrayna hüquq-mühafizə orqanları hadisəni Ceyms Bond tipli sərhəd keçidi kimi qiymətləndirib.

Nəşrin məlumatına görə, sərhədçilər həmin şəxsi çayda keşik çəkərkən yaxalayıblar. Nəfəs almaq üçün zaman-zaman səthə qalxaraq suyun altında üzürmüş. Həbsdən sonra təhlükəsizlik qüvvələri qaçan şəxsin kimliyini müəyyən edib və məlum olub ki, bu, onun sərhədi qanunsuz keçməyə ikinci cəhdi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
publika.az

1Mənbələr