AZ

Braziliya Yaponiyadan üzr istədi

Braziliya hökuməti İkinci Dünya müharibəsi zamanı və ondan sonra ölkədə yapon mühacirlərinin təqibinə görə ilk dəfə Yaponiyadan üzr istəyib.

"Cebheinfo.az" "Kyodo News"a istinadən xəbər verir ki, Braziliya Prezidenti Lula da Silvanın hökuməti Santos şəhərində yapon mühacirlərin evlərindən çıxarılması və İkinci Dünya müharibəsindən sonra immiqrantlar cəmiyyətində yaranmış iğtişaşlar səbəbindən Ançieta adasında həbs edilənlərə pis rəftar edilməsinə görə keçirilən tədbirdə üzr istəyib. 

Buradakı çıxışında Əfv Komissiyasının sədri Enea de Stutz e Almeida irəli əyilib yapon dilində "Braziliya hökuməti əcdadlarınıza edilən zülmə görə bağışlanma diləyir" deyib.

Sözügedən iki hadisə hökumətin məşvərətçi orqanı olan İnsan Hüquqları və Vətəndaşlıq Nazirliyinin Əfv Komissiyası tərəfindən araşdırılıb.

Komissiya ölkədə müharibədən sonrakı hərbi rejim dövründə törədilmiş siyasi vəhşilikləri araşdırır.

Xatırladaq ki, Braziliya yaponların 20-ci əsrin əvvəllərində mühacirət etdiyi yerlərdən biri idi.

1943-cü ildə Braziliya Müttəfiqlərə qoşulduqdan və Tokio ilə diplomatik əlaqələri kəsdikdən sonra təxminən 6 500 yapon evlərini tərk etmək məcburiyyətində qaldı və düşərgələrə və ya daxili ərazilərə yerləşdirildi.

Məhz 2022-ci ilin əvvəlində üzr istəməyə dair oxşar çağırış o vaxtkı prezident Jair Bolsonaronun rəhbərlik etdiyi sağçı hökumət tərəfindən rədd edilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
cebheinfo.az

1Mənbələr