Rusiyanın Vladivostok şəhərində 2 yaşlı uşaq binadan yıxılıb.
News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Nikiforova küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. Azyaşlı binanın 7-ci mərtəbəsindən yıxılıb.
Zərərçəkmiş sağ qalıb və çoxsaylı xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.