AZ

Paris-2024-də qalmaqal: Cənubi Koreya Şimali Koreya kimi təqdim edildi

Cənubi Koreyanın İdman Nazirliyi Paris Olimpiadasının açılışında ölkənin nümayəndə heyətinin Şimali koreyalı kimi təqdim edilməsi ilə əlaqədar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Baxla görüşü tələb edir.

Qaynarinfo xəbər verir ki, idmançıların paradı zamanı yanlış olaraq Cənubi Koreya heyəti Şimali Koreya kimi təqdim olunub.

Fransız və ingilis dilli diktor onların nümayəndə heyətini görən kimi "Koreya Xalq Demokratik Respublikası"nı elan edib. Eyni zamanda, ekranda görünən ingilis dilində mətndə də Koreya Respublikası yazılıb. Parada 153-cü daxil olan Şimali Koreya idmançıları meydana çıxanda heç bir səhv olmayıb.
 


Nazirliyin bəyanatında deyilir ki, Fransanın paytaxtında keçirilən mərasimdə iştirak edən idman nazirinin ikinci müavini Canq Mi-ran BOK-dan hadisə ilə bağlı Baxla görüş təşkil etməyi istəyib və ölkə nümayəndə heyətinin rəhbərindən hadisə ilə bağlı tez cavab tələb etməsini tələb edib. 

"Biz həmçinin Xarici İşlər Nazirliyindən Fransaya hökumət səviyyəsində ciddi şikayət göndərməyi xahiş etmişik. Koreya Olimpiya Komitəsi dərhal Paris Təşkilat Komitəsinə müraciət edərək, belə hadisələrin bir daha təkrarlanmaması üçün rəsmi etirazını bildirəcək", deyə "Yonhap"ın Koreya Olimpiya Komitəsinə istinadən yazıb.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
qaynarinfo.az

1Mənbələr